Modern.az

Parlamentin dinamikası: xalqın içindəkilər...

Parlamentin dinamikası: xalqın içindəkilər...

Parlament

5 Dekabr 2021, 11:59

Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır.

 

Modern.az xəbər verir ki, ölkədə gedən ictimai-siyasi proseslərdə aktiv fəaliyyət göstərən parlament, qanunverici orqan olaraq, ölkə həyatının bütün sferalarına sirayət edir.

 

 2020/01/15797-1579773372_1579774431.jpg

 

Parlamentin beynəlxalq əlaqələri

 

Milli Məclisin qəbul etdiyi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalq əlaqələrdə münasibətlərini nizamlayır.

 

Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapıb. Milli Məclis milli tələbata cavab verən beynəlxalq Konvensiyaları qəbul edir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunu artırır.

 

Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əlaqələrin yaradılması çətin problemlərlə qarşılaşır.

 

Parlamentlərarası əlaqələr müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılıb. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir:

 


Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyasıdır.

 

Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, xüsusilə Ermənistan – Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunur.

 

 

Xüsusi qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001-2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul edilməsimə nail olurdu.

 

 

Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib - Gallery Image


Qanunlar və yeniliklər

 


Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələri Milli Məclisin Aparatında qeydiyyata alınır.

 


Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələrini Milli Məclisin Sədri Milli Məclisin komitəsinə göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Qanun layihəsi bir neçə müvafiq komitəyə göndərildiyi halda Milli Məclisin Sədri onlardan birini aparıcı komitə təyin edir.
Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası
Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Respublikasının Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və bu Daxili Nizamnaməyə əsasən müəyyənləşdirir.

 


Qanun və qərar layihələri üzərində iş aparmaq üçün komitə işçi qrupu yarada bilər. Qanun və qərar layihələri bir neçə komitə tərəfindən hazırlanırsa, onlar birgə işçi qrupları yarada bilərlər. Bir məsələyə aid iki və ya daha çox qanun və qərar layihəsi varsa, onlar birlikdə müzakirə olunur.

 

 


Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün Milli Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görür.

 

 


Milli Məclisin Aparatı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir.

 

Hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan qanun layihələrinin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda aparıcı komitə tərəfindən müvafiq siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanır.

 


Milli Məclisin deputatlarının və başqa qanunvericilik təşəbbüsü hüququ subyektlərinin qanun və qərar layihələrinə aid qeyd və təkliflərinə aparıcı komitənin iclaslarında baxılır.

 


Milli Məclisin komitələri arasında baxılan layihələrə dair fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin qərarı əsas götürülür. Bu qərarla razı olmayan komitənin rəyi Milli Məclisin bu məsələyə aid iclasında deputatlara yazılı şəkildə çatdırılır.
Hazırlanmış və ya baxılmış layihə Milli Məclisin iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə Milli Məclisin Sədrinə təqdim edilir.

 

 


Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
Milli Məclisə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.

 

Milli Məclisin komitələrinin tərkibi

 

Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.

 


15 deputatdan çox üzvü olan daimi komitə köməkçi komissiya yarada bilər.
Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.
Milli Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Milli Məclisin iclasında azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin tərkibinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Milli Məclisin deputatı heç bir komissiyanın üzvlüyünə daxil olmursa, Milli Məclisin Sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil edir.

 

 


Həssas qrup daim diqqətdədir


Milli Məclisin deputatları Qənirə Paşayeva və Tamam Cəfərova Tovuz, Ağstafa və Qazax rayonlarında, iyulda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrini ziyarət etmişdi. Şəhid ailələrinin qayğıları ilə maraqlanan deputatlar onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.  Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.
Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan deputat Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını söyləyib.

 

 

O, bildirib ki, "biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik". 

 


Vətən müharibəsinin ildönümü münasibəti ilə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailələri ilə görüş keçirib.

 


Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Anar Məmmədov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə goranboylu və naftalanlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb, Vətən Müharibəsinin ildönümü münasibətilə belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. 
Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan millət vəkili Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib.

 

Goranboy rayonunda Heydər Əliyev Fondu tərəfindən şəhid adının əbədiləşdirilməsi məqsədilə uşaq bağçasının tikilib istifadəyə verilməsi də bunun bariz nümunəsidir.  
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Pandemiya dövründə fəaliyyət
İyulun 9-da  48 saylı Yevlax Seşki Dairəsindən deputat seçilmiş İlham Məmmədov seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun, Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirib.
Nazirlər Kabineti yanında Opreativ Qərargahın tövsiyyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilib.

 

İlham Məmmədov İlk öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Möhtərəm cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vət vətəndaşlara yardımların edilməsindən işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışmış, sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırıb.

 

 


İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin efektliyini artıqmaq məqsədi ilə hr kəsi məsuliyyətli olmağa çağırmış, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlmağın vacibliyini vurğulayıb. Sonra fərdi qaydada seçicilər dinlənilmiş onları narahat edən məslələrlə bağlı qeydlər götürülmüş, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağı bildirilib.
Daha sonra Qoyunbinəsi kəndində inşa edilən 480 şagird yerlik məktəb binasının tikintisi ilə tanış olmuş, tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb. İlham Məmmədov qeyd edib ki, o seçicilərinin yanındadır və onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.

 


Deputat Cavanşir Feyziyevin seçicilərlə görüşü Şəki rayonunun Baş Küngüt və Aşağı Küngüt kəndlərində davam edib. Bu barədə deputatın köməkçisi Akif Salam bildirib ki, seçicilər pandemiyanın qarşısının alınması ilə bağlı dövlət tərəfindən həyata keçirilən profilaktika tədbirlərini dəstəklədiklərini və peyvəndləmə tədbirlərində fəal iştirak etdiklərini bildiriblər. Deputat Aşağı Küngüt kəndində Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən təşkil olunmuş səyyar peyvənd mərkəzinə də baş çəkib. Mərkəzdə artıq kənd sakinlərinin 80 %-dən çoxuna Covid-19 əleyhinə peyvənd vurulması haqqında məlumat verilib.

 


Hər iki kənddə keçirilən görüşlərdə seçicilər həyat və məişət şəraitləri barədə danışıb. Kənd sakinləri əkin-biçin mövsümündə torpaqların suvarılması ilə bağlı çətinliklərlə üzləşdikləri barədə deputata müraciət edib, bir neçə km məsafədə mövcud olan su mənbəyindən kəndin əkin sahələrinin suvarılması üçün kanal çəkilməsinin vacibliyini vurğulayıblar.

 

Müəllimlər və valideynlər Aşağı Küngüt kənd orta məktəbində cari təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildiriblər. Kənd İcra Nümayəndəliyinin rəhbəri, Bələdiyyə sədri və məktəbin müəllimləri ilə birlikdə orta məktəb binasına baxış keçirilib.

 

 


Deputat Cavanşir Feyziyev kənd sakinlərini Covid-19 virusuna qarş mübarizəyə səfərbər olunmağa, Operativ Qərargah tərəfindən verilən tövsiyyələrə ciddi əməl etməyə çağırıb və qaldırılan məsələlərlə bağlı lazımi işlərin görülməsi üçün müvafiq icra qurumlarına müraciət edəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!