Modern.az

Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək?

Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək?

5 Dekabr 2021, 12:40

27 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

 

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

 


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

 


31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən necə qeyd olunacaq?

 

İsveç Yönköping Regional Parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin sədri, İqtisadi və hüquqi məsələləri üzrə məsləhətçi İradə Əliyeva Modern.az-a deyib ki, dekabr 31-də Dünya Azərbaycanlılarının həmrəyliyi gününü İsveçdə yaşayan azərbaycanlılarla qeyd ediləcək:

 

 


“Hələlik fiziki görüş olmaqla dekabrın 20-sinə yaxın tarixlərdə tədbir planlaşdırırıq. Amma pandemiya şəraiti ilə əlaqədər qaydalar dəyişsə, onlayn tədbir keçirəcəyik. Keçən il bildiyiniz kimi pandemiya ilə əlaqədar qaydalar çox ciddi idi və ona görə də biz Dünya azərbaycanlılarının həmrəylik gününü çox yüksək səviyyədə, dünyanın bir çox ölkələrindən də azərbaycanlılarının və həm də türklərin iştirakı ilə "online" konfrans keçirmişdik.

 

Bu ildə yüksək səviyyədə tədbirimizi keçirəcəyik”.

 


Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova bildirib ki, pandemiya şəraitində tədbirlərimizi keçirməyə çalışacağıq:

 


“Biz hər il əslində Dünya azərbaycanlıları olaraq yığışıb bir yerdə keçirirdik. Ya Niderlandda tədbir kimi, ya da hərə öz şəhərində keçirirdi. Təəssüflər olsun ki, pandemiya ilə bağlı burada qərarlar sərtləşib, fiziki görüş mümkün olmayacaq.

 

Hətta bizim planlaşdırdığımız tədbirlər belə baş tutmayacaq. Çünki saat beşdən sonra burada heç bir yer işləmir. Belə görünür ki, bundan sonra çətin olacaq bizim planlarımızı həyata keçirməyimiz. Amma biz təbii ki, dost-tanışlarımızla birlikdə öz evimizdə yığışacağıq. Eyni zamanda onlayn görüş keçirməyi planlaşdırırıq. Yəqin ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsi edəcək. Bütün diaspor nümayəndələri də aktiv şəkildə iştirak edəcək”.

 


Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, eyni zamanda “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov da keçiriləcək tədbirlərlə bağlı məlumat verib:

 


“Dünya azərbaycanlılarının Həmrəylik gününü biz Misirdə həmişə təmtəraqlı şəkildə həyata keçiririk. Bu il də misiyamısı yerinə yetirəcəyik. Buna artıq hazırlıq görülür. Misirdə yaşayan azərbaycanlılar bir yerə yığışacaq. Onlarla birlikdə tədbir keçirəcəyik. Eyni zamanda dünya azərbaycanlıları ilə birlikdə onlayn tədbirimiz baş tutacaq. Bu da həm Misir mediasında, həm də Azərbaycan mediasında tədbirimiz işıqlandırılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir