Modern.az

Nur-sultanda xeyriyyə festivalı

Nur-sultanda xeyriyyə festivalı

5 Dekabr 2021, 13:31

Qazaxıstanın paytaxtı Nur-sultanda “Sehrli melodiyalar” xeyriyyə festivalı keçirilib.

 

Modern.az Mediaturk TV-yə istinadən xəbər verir ki, Festival çərçivəsində kənd yerlərindəki uşaq evlərinə lazımi köməklik göstəriləcək.

 

Uşaqlar arzuladıqları kimi Yeni il hədiyyələri alacaqlar. Müxtəlif hədiyyələr arasında velosipedlər, skeytbordlar, skuterlər, telefonlar, planşetlər və s. var.

 

“Sehrli melodiyalar” festivalı hər il Yeni il ərəfəsində keçirilir və uşaq evlərindəki uşaqların həyatını diqqət, mehribanlıq və sehr atmosferi ilə doldurur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir