Modern.az

Hindistanda atışma: ölənlər var

Hindistanda atışma: ölənlər var

Aktual

5 Dekabr 2021, 13:44

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndlilərin üsyançılarla səhv salınması nəticəsində azı 13 mülki şəxs və ölkənin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

 

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi