Modern.az

İlon Mask evsiz qaldı

İlon Mask evsiz qaldı

5 Dekabr 2021, 16:29

Tesla” və “SpaceX”-in baş direktoru İlon Mask Yer planetindəki bütün daşınmaz əmlakdan qurtulmaq vədini yerinə yetirib: bazar günü, dekabrın 5-də məlum olduğu kimi, o, Kaliforniya ştatının Hillsboro şəhərindəki son malikanəsini satdı. Sahibkar əvvəlcə onun üçün 37,5 milyon dollar istəsə də, sonda 30 milyon dollardan imtina edib.

 

Modern.az-ın “Mansion Global” portalına istinadən məlumatına görə, Tesla qurucusunun son evi təxminən 1,5 min kvadratmetr sahəsi olan 1912-ci ildə tikilmiş dəbdəbəli malikanə olub. Evin ümumi sahəsi 19 hektardır, orada park, gəzinti yolları və su anbarı var.

 

 

2020-ci ilin yazında İlon Mask “Twitter”-də bütün daşınmaz əmlakını azadlıq naminə satacağına söz vermişdi. O vaxtdan bəri o, Los-Ancelesdə ümumi dəyəri 60 milyon dollar olan dörd evini satıb. İndi də ən son daşınmaz əmlakından da imtina edib.

 

 

50 yaşlı milyarder indi Texasda “SpaceX”-dən icarəyə götürdüyü 37 kvadrat metrlik kiçik bir evdə yaşayır. Müsahibədə o etiraf edib ki, Marsı müstəmləkə etmək ideyasına həvəslidir ki, bu proqramın həyata keçirilməsi üçün bütün mümkün vasitələri səfərbər edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır