Modern.az

Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi

Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi

Aktual

5 Dekabr 2021, 18:20

Goranboy rayonunda 2 Türkiyə vətəndaşı və bir azərbaycanlı dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.

 

Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi