Modern.az

Çavuşoğlu qətərli həmkarı ilə görüşdü

Çavuşoğlu qətərli həmkarı ilə görüşdü

5 Dekabr 2021, 19:09

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" səhifəsində məlumat yayıb.

 

Çavuşoğlu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Abdulrahman əl-Sani ilə görüşərək sabah keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək səviyyəli Strateji Komitə toplantısının hazırlıqlarını müzakirə etmək üçün Dohaya getdiyini bildirib.

 

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş çərçivəsində hazırda əlaqələri yüksək səviyyədə olan Türkiyə ilə Qətərin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün indiyədək iki ölkə arasında qəbul edilən müqavilə və razılaşmaların tətbiqi nəzərdən keçiriləcək, müzakirələr aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır