İsrailin müdafiə naziri Benni Qantz və İsrailin kəşfiyyat təşkilatının (Mossad) direktoru David Barnea gələn həftə ABŞ-a gedəcək.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Naftali Bennet məlumat yayıb.
Onlar İranın uranın zənginləşdirilməsində artdığı addımları dayandırmaq üçün ABŞ-da müzakirələr aparacaqlar.
"İran öz pozuntularının əvəzini ödəməyə başlamalıdır", - deyə Bennet bildirib.
Qeyd edək ki, dekabrın 2-də İsrailin baş naziri İranla danışıqları dərhal dayandırmağa çağırıb.
Akif İsmayılov