Modern.az

Sabirabadda maşın su kanalına aşıb - Ölən var

Sabirabadda maşın su kanalına aşıb - Ölən var

6 Dekabr 2021, 08:55

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?