Modern.az

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

6 Dekabr 2021, 09:12

Dekabrın 19-da ali məktəblərə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

 

Sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaq.

 

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.

 

İmtahanda iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir