Modern.az

Evində toy etdi - CƏRİMƏLƏNDİ

Evində toy etdi - CƏRİMƏLƏNDİ

6 Dekabr 2021, 10:26

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisi müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Məmmədqasımlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

 

Qayda pozuntusu ilə əlaqədar ev sahibi U.Ağalarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?