Modern.az

426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir

426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir

6 Dekabr 2021, 11:12

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə bu ilin noyabr ayı ərzində 7540 zəng daxil olub.

 

DMX-dən Modern.az-a bildiriblər ki, onlardan 6902-si Azərbaycan, 563-ü rus, 75-i isə ingilis dillərində cavablandırılıb.

 

Qəbul edilən zənglərin 2950-si müvəqqəti yaşama icazəsi, 1520-si müvəqqəti olma müddətinin uzadılması, 426-sı daimi yaşama icazəsi, 407-si iş icazəsi, 422-si vətəndaşlıq məsələləri, 370-i olduğu yer üzrə qeydiyyat, 1445-i isə digər məsələlərlə bağlı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir