Modern.az

Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev

Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev

6 Dekabr 2021, 11:30

“Prezidentlər dəyişəcək, lakin müstəqilliyimiz əbədi olaraq qalmalıdır. İki il yarım əvvəl mənə dedilər ki, konstitusiyaya görə, yenidən prezident olmağım üçün heç bir məhdudiyyət yoxdur. Seçkidə seçicilərin demək olar ki, çoxu sizə səs verib. Prezident olmağa davam edin. Amma məncə, hər şeyin öz vaxtı var”.

Modern.az xəbər verir ki, bu sözləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev deyib.


Sabiq prezident bildirib ki, 30 il hakimiyyətdə olduğu müddətdə o, çoxlu layiqli tələbələr yetişdirib, onlardan biri də hazırda ölkəyə rəhbərlik edən Qasım-Jomart Tokayevdir.

“Xalq olaraq ona güvənmək lazımdır”, - Nazarbayev bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?