Modern.az

Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ

Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ

6 Dekabr 2021, 14:46

“Məclislərin keçirilməsi ilə bağlı yeni tənzimləmə yoxdur. Yas məclislərində qaydalar əvvəlki kimi Operativ Qərargah tərəfindən tənzimlənir”.

 

Bu fikirləri Modern.az -a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa pandemiya şəraitində yas mərasimlərinin keçirilməsilə bağlı qadağanın hələ də qüvvədə qalmasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə yas məclislərinə konkret gələ biləcək adamların sayını müəyyən etmək çətindir:

 

“Həm də mental xüsusiyyətlərə görə bir çox hallarda kimsə qohum-əqrəbaya “gəlmə”, demək imkanına sahib deyil. Ona görə də yəqin ki, yaslarla bağlı qadağa olduğu kimi qalacaq və dəyişiklik olmayacaq”.

 

Deputat bildirib ki, toy məclislərinin əvvəlki standartlarda keçirilməsi nəzərdə tutulur:

 

“Qorunmaq məsələsi vacibdir. Yas məclislərində yoluxma riski daha böyükdür. Bir az da insanların müəyyən hərəkətlərini kontrol etməsi çətindir. Çünki daha çox kədərli, üzüntülü vaxtda bəlli bir şeyləri tələb etmək ağır olur. Toyda isə əksinə, müəyyən bir intizam tələb etmək mümkündür”.

 

F.Mustafa qeyd edib ki, böyük ehtimal yaxın günlərdə bu istiqamətdə yeniliklər olmayacaq:

 

“Virus təhlükəsi keçməyənə qədər burada məhdudiyyətlər qalacaq. Amma gələcəkdə hansısa təhlükə, risk azalarsa, yumşalma olarsa, yəqin ki, dərhal buna da baxılacaq. Çünki bu insanları narahat edən məsələlərdən biridir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər