Modern.az

Erməni təxribatı nəticəsində ölən hərbçilərin ailələrinə sığorta ödənişlərinə BAŞLANILIB

Erməni təxribatı nəticəsində ölən hərbçilərin ailələrinə sığorta ödənişlərinə BAŞLANILIB

Aktual

6 Dekabr 2021, 15:55

Bu il noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Modern.az-a verilən məlumata görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

 

“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, - deyə icraçı direktor bildirib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu