Modern.az

Meyxanaçı Kərimin oğlundan Nazilə Səfərliyə ETİRAZ: “Xəstə yanına çəkilişlə gəlmirlər”

Meyxanaçı Kərimin oğlundan Nazilə Səfərliyə ETİRAZ: “Xəstə yanına çəkilişlə gəlmirlər”

6 Dekabr 2021, 16:55

Meyxanaçı Ağakərimi ziyarətə gedən şair Nazilə Səfərli evə buraxılmayıb. Buna baxmayaraq, şair qapının qarşısında video çəkərək öz şəxsi səhifəsində paylaşıb.

 

Modern.az xəbər verir ki, meyxana ustadı Ağakərimin oğlu Kərim Novruzov Oxu.Az-a açıqlamasında bildirib ki, N.Səfərlinin gəlməsindən öncədən xəbəri olmadığı üçün onun üzünə qapı açan olmayıb: 

 

“Düşünürəm ki, öncədən xəbər olunmalıdı. Ona görə ki, mən iş adamıyam, işləyirəm. Burada belə bir şey var ki, evdə kişi olmadığından evə heç kim buraxılmır. Xəbərsiz gəlmələrini niyə istəmirəm? Çünki hamı bir-birinin evinə gedəndə xəbər edib gedir. Onun xəstəyə heç bir aidiyyəti yoxdur. Xəstə yanına gələndə çəkilişlə gəlmirlər. Xəstə yanına gələn Allaha xatir gəlir”. 

 

Kərim qeyd edib ki, Nazilə Səfərli onların evinə gələndə evdə olmayıb: 

 

“Həmin vaxt evdə deyildim. Nazilə Səfərli gəlib qohumumuzun mağazasından mənə zəng elətdirib, mən də evdə olmayacağımı bildirdim və dedim ki, gəlməmişdən öncə xəbər etsinlər. Mən Nazilə Səfərlinin bu addımını qara piar adlandırıram. Onların məqsədi reytinq tutmaqdır”. 

 

Xatırladaq ki, şair Nazirlə Səfərli meyxanaçının evinə gələrək oradan video çəkib və bildirib ki, meyxanaçının ailəsi heç kimə qapı açmır. O, buna da etirazını bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı