Modern.az

Saleh Rüstəmli azadlığa buraxıla bilər? - Vəkildən AÇIQLAMA

Saleh Rüstəmli azadlığa buraxıla bilər? - Vəkildən AÇIQLAMA

6 Dekabr 2021, 17:12

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun artıq 31 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Modern.az xəbər verir ki, bu gün, dekabrın 6-da onun vəkilləri Aqil Layıc və Behruz Bayramov Nizami Rayon Məhkəməsinə S.Rüstəmlinin səhhəti ilə bağlı azadlığa buraxılması üçün ərizə təqdim ediblər.

Məlumatı vəkil Aqil Layıc yayıb: "Onun ciddi xəstəlikləri var, böyrək çatışmazlığından da əziyyət çəkir. Məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq və o, azadlığına və səhhətinə qovuşacaq…".

Saleh Rüstəmli həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir. 

Bu gün yaxınları onunla yenidən görüşüb, ona quru aclığa başlamamaq üçün müraciətləri çatdırıblar. Saleh Rüstəmli quru aclığa keçmək qərarını dəyişib, amma aksiyanı sonadək davam etdirəcəyini deyib. Bu barədə Saleh Rüstəmlinin oğlu məlumat yayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir