Modern.az

Korona testi pozitiv olana pul mükafatı verilir

Korona testi pozitiv olana pul mükafatı verilir

Aktual

6 Dekabr 2021, 17:18

Çinin şimalında yerləşən Harbin şəhərində koronavirusun qarşısını almaq üçün yeni tədbir həyata keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, özündə virusun əlamətlərini hiss edən şəxs təmas qurmadan test versə və cavab pozitiv çıxsa, 570 dollar mükafat alacaq.

 

Harbin şəhərində yaşayan insanların telefonuna belə bir mesaj göndərilib:

 

“Əgər, sizdə hərarət, öskürək, boğaz ağrısı, yorğunluq, qoxu və dad itkisi, əzələ ağrıları varsa, ən yaxın tibb müəssisəsində müayinə olunmağınızı tövsiyə edirik. Özünüzü müalicə etməyə çalışmayın. Maska taxın və ən yaxın klinikaya gedib, test verin. Cavab pozitiv olduğu təqdirdə, sizə 570 dollar ödəniləcək”.

 

Şəhər rəsmiləri bu üsulun koronavirsun qarşısını almaqda effektli olacağını düşünüblər.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq