Modern.az

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi - VİDEO

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi - VİDEO

Aktual

6 Dekabr 2021, 17:36

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

 

Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

 

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

 

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?