Modern.az

Rusiya və Hindistan arasında hərbi saziş

Rusiya və Hindistan arasında hərbi saziş

6 Dekabr 2021, 18:55

Rusiya və Hindistan arasında 2021-2030-cu illəri əhatə edən hərbi-texniki əməkdaşlıq proqramına dair saziş imzalayıblar.

 

Ğ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Müqavilə qoşunlar arasında, eləcə də silah və texnikanın təchizatı və inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutur.

 

Sənəd iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Racnat Sinqhin iştirakı ilə imzalanıb. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və Hindistan müdafiə nazirinin hərbi təchizat üzrə müavini Kant Raq imza atıblar.

 

Bundan əlavə, "Нindustan Times" qəzetinin məlumatına görə, Hindistan və Rusiya Ameti şəhərində (Uttar Pradeş ştatı) müəssisədə 500 mindən çox AK-203 avtomatının birgə istehsalı haqqında saziş imzalayıblar. Müqavilənin məbləği 677 milyon dolları ötür.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub