Modern.az

Yaponiyadan müdafiə ilə bağlı yeni addım

Yaponiyadan müdafiə ilə bağlı yeni addım

Dünya

6 Dekabr 2021, 20:13

İkinci Dünya Müharibəsindən sonra “dinc” konstitusiya qəbul edən Yaponiya müdafiə siyasətini əsaslı şəkildə gücləndirəcəyini bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kişida Fumio bildirib

 

O qeyd edib ki, Yaponiya variantları nəzərdən keçirəcək, o cümlədən düşmən bazalarına hücum etmək imkanı əldə edəcək.

 

Tokio administrasiyası həmçinin ölkədə yerləşən ABŞ hərbi qüvvələrinə daha çox pil ayırmağa qərar verib.

 

“Biz bütün variantları nəzərdən keçirəcəyik və müdafiə mövqeyimizi gücləndirəcəyik”, - deyə Kişida bildirib.

 

Bildirilir ki, bu bəyanat İkinci Dünya Müharibəsindən sonra müdafiəsi pasifist konstitusiya ilə məhdudlaşdırılan Yaponiyanın hərbi mövqeyinin dəyişməsi deməkdir.

 

Kişida bildirib ki, Yaponiyanın müdafiə qabiliyyətini artırmaq səyləri çərçivəsində ölkənin təhlükəsizlik siyasətini müəyyən edən üç əsas sənəd bir il ərzində yenilənəcək. Bu sənədlər Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Proqramının Təlimatları və Orta Müddətli Müdafiə Proqramıdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər