Modern.az

Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir

Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir

Dünya

6 Dekabr 2021, 21:12

Rusiya Tacikistandakı hərbi bazasını 30 yeni tankla gücləndirib və bu obyektdəki qüvvələri raketdən müdafiə sistemləri ilə təlimlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya qüvvələri S-300PS sistemləri ilə düşmənin hərbi obyektlərinə hava hücumunu dəf etmək üçün məşq edib.

 

Nazirlik bildirib ki, Rusiyanın sərhədləri xaricində ən böyük bazada təlimlər çərçivəsində hava hədəflərinə qarşı 10 raket buraxılışını simulyasiya edib.

 

“Dekabrın 6-da Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasını yenidən silahlandırmaq üçün təkmilləşdirilmiş döyüş xüsusiyyətlərinə malik 30 təkmilləşdirilmiş T-72B3M tankı partiyası gələcək”, - deyə məlumatda bildirilir.

 

ABŞ və müttəfiqləri qoşunlarını Əfqanıstandan çıxardıqdan və "Taliban" hakimiyyətə gəldikdən sonra Rusiya müttəfiqləri ilə Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında genişmiqyaslı birgə hərbi təlimlər keçirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi