Modern.az

ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB

ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB

6 Dekabr 2021, 23:27

ABŞ rəsmi olaraq Çin Qış Olimpiya Oyunlarını boykot edib.

 

Modern.az xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə məlumat yayıb.

 

O qeyd edib ki, Çinin Sincanda törətdiyi soyqırımı və digər insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası “Pekin 2022” Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

 

***

21:29

 

Bayden administrasiyası bu həftə 2022-ci il Pekin Olimpiadasını boykot edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

 

Telekanalın məlumatına görə, bu, idmançılara təsir etməyəcək.

 

Telekanal iddia edir ki, Milli Təhlükəsizlik Şurası boykotu “özəl şəkildə” müzakirə edib. Şuranın nümayəndələri məlumatı şərh etməkdən imtina ediblər. Diplomatik boykot, rəsmilərin Oyunlara getməkdən imtina etməsini nəzərdə tutur.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir