Modern.az

Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir

Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir

Dünya

6 Dekabr 2021, 22:36

Rusiyada hər 5 nəfərdən 1-i SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) abreviaturasının açılışını bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Araşdırma Mərkəzinin (ÜİRAM) RBK ilə birgə “SSRİ-siz 30 il” layihəsi çərçivəsində keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

 

Rəyi soruşulan insanların 11 %-i ümumiyyətlə bunu bacarmayıb, 8 % isə bunu səhvlərlə etdiyini boynuna alıb.

 

Suala düzgün cavab verə bilməyənlərin əksəriyyəti 18-24 yaş arası gənclərdir. Respondentlərin 80 %-dən çoxu tapşırığın öhdəsindən gəlib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir