Modern.az

İtaliyada vaksinlə bağlı “super yaşıl passport”

İtaliyada vaksinlə bağlı “super yaşıl passport”

6 Dekabr 2021, 23:13

Bu gündən etibarən İtaliyada COVID-16 əleyhinə peyvəndi olmayanlar üçün bir çox yerə giriş qadağasını nəzərdə tutan “super yaşıl passport” tətbiqinə başlanılır.

 

Modern.az xəbər verir ki, bu gündən etibarən yalnız “super yaşıl passport” adlı sənədi olanlar restoranlar, kinoteatrlar, teatrlar, konsertlər, stadionlar da daxil olmaqla bir çox məkan və tədbirə daxil ola biləcək. 

 

Bu sənədlər peyvənd vurduran və ya Covid-19-dan sağalanlara veriləcək. Buna görə pasportu almaq üçün COVID testi vermək kifayət etməyəcək.

 

Qaydaları pozanlar 400-1000 avro arasında cərimələnə bilər.

 

“Super yaşıl passport” bütün ölkə üzrə dekabrın 6-dan yanvarın 15-dək tətbiq olunacaq. Bununla belə, epidemiya məlumatlarının yüksək olduğu bölgələrdə bunun müddəti uzadıla bilər.

 

İtaliya hökuməti qarşıdan gələn Milad və Yeni il bayramlarını daha təhlükəsiz keçirmək və yeni məhdudlaşdırıcı tədbirlərə ehtiyac duymamaq üçün bu qərarları qəbul etdiyini açıqlayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir