Modern.az

Erməni işğalı limanın dövriyyəsini məhv edib

Erməni işğalı limanın dövriyyəsini məhv edib

İqtisadiyyat

7 Dekabr 2021, 13:52

“Həm Türkiyənin, həm Avropanın Orta və Mərkəzi Asiya ilə ciddi ticarəti var. Bu ticarət daima artmaqdadır. Limanda əməliyyatların effektıiyi çox vacibdir”.

 

Modern.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov deyib.

 

O, bildirib ki, Azərbaycandan keçən, Culfa İran dəmiryol ticarəti ilə ildə 3 milyon tona yaxın yük dövriyyəsi olurdu:

 

“Torpaqlarımız işğal olunan zaman ticarət dövriyyəsi məhv edildi. Vətən müharibəsindən sonra yeni perspektiv həm Azərbaycan, həm region üçün açılmaqdadır. Zəngəzur koridoru sovet dövründə vacib istiqamət kimi görülürdü. Region olaraq, Zəngəzur koridorunun böyük əhəmiyyətini görürük. Limandan böyük nəqliyyat vasitələrinin Türkiyəyə, oradan da Ağ dənizə çıxışı asan və qısadır. Qonşu olan Türkmənistan və Qazaxıstan limanları ilə yaxın əlaqələrin paylanılmasını əhəmiyyətli hesab edirik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!