Modern.az

Erməni spiker Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırdı

Erməni spiker Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırdı

Dünya

7 Dekabr 2021, 14:37

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan noyabrın 16-da Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Alen Simonyanın hərbi əsirlərlə bağlı qalmaqallı açıqlamalarının videoyazısı internetə sızıb.

“Bunlar silahı yerə atıb qaçan, azmış adamlardır. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyil ki, məhbusların valideynləri niyə indi fəal deyillər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir