Modern.az

Prezident \"Azərsığorta\"ya yeni sədr TƏYİN ETDİ

Prezident \

7 Dekabr 2021, 16:00

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yeni sədrinin təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Fərhad Əsgər oğlu Adıgözəlov "Azərsığorta"ya yeni sədr gətirilib.


F.Adıgözəlov 1977-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb,
2005-ci ildə bu universitetin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

 

F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifələrində çalışıb.

2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib. 


O, "Azərsığorta"nın sədri vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.

 

Fərhad Adıgözəlov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır