Modern.az

Aİ ölkələrinin hərbi xərcləri ARTIB

Aİ ölkələrinin hərbi xərcləri ARTIB

7 Dekabr 2021, 21:08

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr 2020-ci ildə müdafiə sahəsində təxminən 200 milyard avro (225 milyard dollar) xərcləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-yə üzv ölkələrə hərbi imkanlarını inkişaf etdirməyə kömək edən Avropa Müdafiə Agentliyinin hesabatında deyilir.

 

Bu, hesabatın dərc edilməyə başladığı 2006-cı ildən etibarən ən yüksək göstərici hesab edilir.

 

Müdafiə xərcləri Aİ-nin 26 dövlətinin iqtisadi məhsulunun 1,5%-ni təşkil edib.

 

Aİ üzvlərinin əksəriyyəti də NATO-nun bir hissəsidir, lakin lazım gəldikdə ABŞ-dan asılı olmayaraq hərəkət etmək istəyir. Bəzi ölkələr "Avropa ordusu" ideyasını irəli sürsə də, layihəyə qarşı çıxan dövlətlər var. Agentliyin hesabatında o da bildirilir ki, üzv ölkələrin birgə silah proqramlarına qoyduğu investisiyalar 2019-cu illə müqayisədə 13% azalıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub