Modern.az

Fransada karantin sərtləşdirilir

Fransada karantin sərtləşdirilir

Dünya

7 Dekabr 2021, 21:15

Fransada COVİD-19-a yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib.

 

Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub.

 

Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır