Modern.az

BƏƏ və Türkiyə arasında müdafiə əməkdaşlığı

BƏƏ və Türkiyə arasında müdafiə əməkdaşlığı

7 Dekabr 2021, 21:35

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi ilə mümkün əməkdaşlığı müzakirə etmək üçün Ankaraya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan türk rəsmiyə istinadən məlumat yayıb.

 

Müzakirələr BƏƏ-nin de-fakto lideri Məhəmməd bin Zayed Əl Nəhyanın Türkiyə paytaxtına səfərindən sonra baş tutub.

 

BƏƏ nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşüb, daha sonra ölkənin müdafiə şirkətləri, o cümlədən ASELSAN, eləcə də Türkiyənin pilotsuz uçuş aparatları istehsalçıları ilə danışıqlar aparıb. Danışıqların nəticəsi bəlli deyil.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi