Modern.az

Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri...

Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri...

8 Dekabr 2021, 11:06

Haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində müvafuq addımların atılmasının vacibliyi xaricdəki diaspor nümayəndələrimizin də üzərinə müəyyən vəzifələr qoyur. Xaricdəki soydaşlarımızın üzərinə düşən vəzifələrdən biri də ana dilini unutmamaq, oniun inkşafı üçün çalışmaqdır. Həmvətənlərimizlə etibarlı körpülər qurulmasının mühüm həlqələrindan biri də müxtəlif ölkələrdə Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir. 


Bu gün xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir.


Modern.az-
ın məlumatına görə, İsveçrə, İsveç, Polşa, Fransa və s. ölkələrdə Qarabağ adlı Azərbaycan məktəbləri fəaliyyət göstərir. Hansı ki, bu məktəblər yalnız dilimizin, mədəniyyətimizin qorunması və təbliği ilə deyil, həm də Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya çatdırmaqla məşğuldur.  


ABŞ-da Meka Məktəbi , "Vətən" həftəsonu Azərbaycan məktəbi; Fransada Nant Qarabağ məktəbi;  İsveçdə Bern Qarabağ məktəbi;  Norveçin Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi; Praqada (Çexiya) “Buta” həftəsonu məktəbi;  Ukraynada "Xarı bülbül" Azərbaycan dili məktəbi, Kiyev şəhərində həftəsonu Azərbaycan dili məktəbi; Ottavada (Kanada) “Qarabağ” adlı Azərbaycan dili məktəbi, Toronto şəhərində "Azərbaycan dili sinfi; Türkiyədə Heydər Əliyev okulu, Azərbaycan, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" Dərnəyi nəzdində Hüseyn Cavid adına məktəb; Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin nəzdində Mübariz İbrahimov adına məktəb fəaliyyət göstərir.
Qonşu Gürcüstanda isə bu məktəblərin sayı daha çoxdur və 80-i ötüb. Daha çox sayda azərbaycanlının yaşadığı qonşu Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nəzdində həftəsonu məktəbləri var. Moskva, Sankt-Peterburq, Kursk, Krasnoyarsk, Vladivostok, Voronej, Tambov, Tula, Kalininqrad, Çuvaşiya, Perm, Tomsk, Novosibirsk, Çita, Orenburq, Stavropol, İvanovo, Tümen, Arxangelsk, Çelyabinsk, Amur, Murmanskda Azərbaycan dili və mədəniyyətini öyrədən məktəblər vardır. Ümumilikdə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi, mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir. 


Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur.Diaspor Komitəsinin dəstəyi ilə çapdan çıxmış “Azərbaycan dili” kitabı xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək məqsədilə hazırlanıb. 


Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq ərsəyə gəlmiş bu kitab xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında azyaşlı soydaşlarımızın yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurmaq üçün zəruri ehtiyacları nəzərə alınıb. 37 bölmədən ibarət olan kitabın hər bölməsində həm qrammatik, həm də danışıq üçün müxtəlif səpkili tapşırıqlardan təşkil edilib. Kitabın sonunda, artıq müəyyən qədər dil bacarıqları qazanmış şagirdlər üçün əlavə oxu mətnlərinə də yer verilib. Eyni zamanda, müxtəlif sahələrə aid söz və ifadələrin 4 dildə tərcüməsi təqdim olunub. Mövzuların təqdimatında Azərbaycanın milli dəyərlərinə aid materiallara üstünlük verilib və kitabda heç bir yardımçı dildən istifadə edilməyib.


İsveç Yönköping Regional Parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin sədri, İqtisadi və hüquqi məsələləri üzrə məsləhətçi İradə Əliyeva bildirib ki, fəaliyyət göstərən kurslar Azərbaycan dilinin, mədəniyyətinin incəliklərini nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədir:


“Kursların, eləcə də məktəblərin məqsədi həm də miqrasiya etmiş soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək dilimizi yaşatmaq, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır. Məktəb İsveçdə dövlət səviyyəsində təsis olunub, dövlət tərəfindən maliyyələşdirilir. Bütün azərbaycanlı şagird və valideynlərə təklif olunur, azərbaycanlı vətandaşlar üçün bu imkan var. Bizim burada xeyli sayda savadlı müəllimlərimiz var. Hətta onlar İsveç məktəblərində ana dili müəllimi kimi fəaliyyət göstərirlər, dövlətdən maaş alırlar. Bununla birlikdə bizim bir neçə şəhərdə həftəsonu dərslərimiz var ki, orada da Azərbaycan dili keçirilir. Əsas onu deyim ki, son illər ən çox diqqət yetirilən mövzulardan biridir. Bu yolda bizə valideynlər də kömək edirlər. Diasporun da üstünə çox iş düşür, bu məsələdə çox işlər görməliyik”. 


Fransanın Nant şəhərində fəaliyyən göstərən “Qarabağ” məkətəbinin direktoru Aynur Hacıyeva qeyd edib ki, məktəbdə Azərbaycan dili və mədəniyyəti ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsi təbliğ olunur:


“Frananın Nant şəhərində yerləşən “Qarabağ” məktəbinin direktoru və eyni zamanda Azərbaycan dili müəllimiyəm. Bizim məktəbimiz Toğrul Zeynalovun projesi əsasında 2019-cu ildən fəaliyyət göstərir. Məktəbimizdə 50-ə yaxın şagird qeydiyyatdan keçib. “Qarabağ” məktəbinin əsas məqsədi ondan ibarətdir ki, Fransada yaşayan Azərbaycan vətəndaşı olan uşaqlar ana dilini, tarixini unutmasınlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi