Modern.az

Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI

Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI

Aktual

8 Dekabr 2021, 11:03

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun brifinq keçirilir.

 

Modern.az-ın məlumatına görə, brifinq Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı təşkil olunub.

 

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

 

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi