Modern.az

Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini

Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini

Aktual

8 Dekabr 2021, 11:30

“Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

“Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmə Azərbaycana ümumi şəkildə irqi ayrı-seçkiliyin qarşısının alınması üçün konvensiya üzrə öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanmağa hədəfləmiş vəsatəti də uğursuzluğa uğrayıb”, - o deyib.

 

Nazir müavini qeyd edib ki, burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz:

 

“Azəzərbaycan 30 il ərzində baş verən hadisələri, işğalçılar tərəfindən Azərbaycan xalqına qarşı istifadə olunan hərbi vasitələr, silahlar parkda nümayiş olunur. Bu da şərti olaraq ictimaiyyətə göstərilir. Hər kəs gəlib beynəlxalq hüquqa zidd olaraq Azərbaycan xalqına ermənilərin nələr etdiyinin şahidi ola bilər. Mahiyyət olaraq xaricdə olan parklardan fərqlənmir.Azərbaycanın qələbəsini əks etdirən konkrekt eksponatlardan ibarətdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür