Modern.az

Nazir müavini Soçi razılaşmasından DANIŞDI

Nazir müavini Soçi razılaşmasından DANIŞDI

8 Dekabr 2021, 12:23

"26 noyabr tarixli Soçi razılaşmasında ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulub”.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddianın təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

 “Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin ikitərəfli formatda təklif etmişdi. Amma Ermənistan bununla razılaşmadı və beynəlxalq aləmdə Azərbaycana qarşı çıxmağa başladı. Azərbaycana qarşı bu mərhələdə Beynəlxalq Ədalət Məhkəməsində sərt qərarlar qəbul etdirməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələndi. Artıq bu prosesi daha uzun bir mərhələdə izləyəcəyik”. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir