Modern.az

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDULAR

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDULAR

8 Dekabr 2021, 16:55

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.


Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


"Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır",-deyə rəsmi məlumatda bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi