Modern.az

Metroda ölən şəxsin kimliyi bilindi - Tanınmış adam olub - FOTO - YENİLƏNİB

Metroda ölən şəxsin kimliyi bilindi - Tanınmış adam olub - FOTO - YENİLƏNİB

Hadisə

9 Dekabr 2021, 11:34

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.


Modern.az
xəbər verir ki, vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının 72 yaşlı baş müəllimi Əhməd Babayev olub.


Qeyd edək ki, ilkin xəbərdə bildirilmişdi ki, saat 08:10-da yaşlı bir kişi qatarda özünü pis edib və sərnişin “28 May” stansiyasında platformaya düşürülüb. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas eləmək mümkün olmayıb.


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləmişdi.

 

***

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-də ölüm hadisəsi qeydə alınıb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Qurum rəsmisi deyib ki, saat 08:10-da yaşlı bir kişi qatarda özünü pis edib və sərnişin “28 May” stansiyasında platformaya düşürülüb.

 

Onun sözlərinə görə həmin vaxt sərnişin özündə olmayıb:

 

“Dərhal təcili tibbi yardım çağırılıb. Təcili yardım çatana qədər yaşlı kişi vəfat edib. Həkim ölüm faktını təsdiqləyib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir