Modern.az

5 koronavirus xəstəsi SAXLANILDI

5 koronavirus xəstəsi SAXLANILDI

Aktual

9 Dekabr 2021, 10:09

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının bu günlərdə keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri olan 5 nəfərin - Samir Həsənov, Hafiz Hümbətov, Aqil Qurbanov, Rövşən Cəfərov və Ariz Bahadurovun aktiv koronavuris xəstələri olduqları halda müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən edilib. Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

 

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Bu xəstəliyə görə ev şəraitində müalicə təyin edilən rayon sakini Səccat Abdullayev özünütəcrid müddəti bitmədən yaşadığı ünvanı tərk edib. O, polis əməkdaşları tərəfindən rayon ərazisində saxlanılaraq müalicə aldığı ünvana geri qaytarılıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır