Modern.az

Baş Prokurorluqdan Xəzərdə tapılan insan skeleti ilə bağlı açıqlama

Baş Prokurorluqdan Xəzərdə tapılan insan skeleti ilə bağlı açıqlama

9 Dekabr 2021, 10:34

Bir neçə gün əvvəl Xəzər dənizindən tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu aydın olub. O, 2015-ci ildə "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən biridir.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir