Modern.az

İcra başçısının müavini “Tərtər işi”nə görə vəzifədən çıxarılıb? - AÇIQLAMA

İcra başçısının müavini “Tərtər işi”nə görə vəzifədən çıxarılıb? - AÇIQLAMA

9 Dekabr 2021, 10:44

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 1-ci müavini Ramiz Şabanov tutduğu vəzifədən azad olunub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ramiz Şabanov vəzifəsini “Tərtər işi” ilə bağlı itirib.


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Ramiz Şabanov yorulduğu üçün öz istəyi ilə vəzifəsindən azad olunub.


“Ramiz Şabanovun 69 yaşı var. Yaş həddinə görə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Yorulduğu üçün vəzifədən getdi”.


Müstəqim Məmmədov qeyd edib ki, Ramiz Şabanovun və İcra Hakimiyyətinin “Tərtər işi” ilə heç bir əlaqəsi yoxdur.


“Ramiz Şabanov hazırda YAP Tərtər rayon təşkilatının sədri vəzifəsini icra edir”,-deyə o sonda qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir