Modern.az

Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Aktual

9 Dekabr 2021, 11:09

Moskvada "3+3" formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

 

Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "3+3" formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir