Modern.az

Jurnalist müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq...

Jurnalist müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq...

9 Dekabr 2021, 11:40

“Xarici ölkədə yerləşən serverlərin daxili DATA mərkəzə yerləşdirilməsi üçün müvafiq nazirlikdə İşçi qrup yaradılıb”.

Modern.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir:

“Bu dəstək yalnız inkişafa dəstək məqsədi daşımalıdır. Bununla bağlı monitorinqlər aparılıb və nəticələr əlimizdə var. Bildirim ki, maddi dəstək sırf inkişafa meylli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Bizim mediamız çoxdur və hamı da öz peşəkarlığını ortaya qoymaq istəyir. Biz bu imkanı onlara təqdim etmək istəyirik. Jurnalistləri peşəkarlığının artırılması ilə bağlı da işlər gedir”.

Ə.İsmayılov onu bildirib ki, yaxın vaxtlarda fərdi jurnalist müsabiqəsinin nəticələri də açıqlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir