Modern.az

Özünü göstərən “silah”lı şəxslərlə bağlı DİN-dən AÇIQLAMA

Özünü göstərən “silah”lı şəxslərlə bağlı DİN-dən AÇIQLAMA

Aktual

9 Dekabr 2021, 11:47

Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı geniş yayılıb. Satışda olan “silah”ların əksəriyyəti isə dəmir konstruksiyalıdır.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev qanunda oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağanın olmadığını qeyd edib.

E.Hacıyev  bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olduğunu bildirib.

“Yoxlayırıq, araşdırırıq, müəyyən edib dəvət edirik - cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm....". Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və hansı səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?”.

E.Hacıyev həmin şəxslərə müraciət edərək bildirib ki, bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi