Modern.az

Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist

Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist

Aktual

9 Dekabr 2021, 12:15

“Ölkəmiz infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başladı və hazırda yetkin əhalinin 60%-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır”.

 

Modern.az xəbər veriri ki, bu fikiləri səhiyyə nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb.

 

“Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan isanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir”.

 

T.Eyvazov bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçdiyini qeyd edib:

 

“Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib. İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub