Modern.az

Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov

Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov

9 Dekabr 2021, 12:40

“Artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparırıq. Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdədir”.

 

Modern.az xəbər veriri ki, bu fikiləri səhiyyə nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, bu müddət ərzində xəstəlik haqqında bilgilərimiz xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq.

 

“Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir