Modern.az

Şuşada iki nəfər minaya düşərək həlak oldu

Şuşada iki nəfər minaya düşərək həlak oldu

9 Dekabr 2021, 12:50

Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

 

Qurumun Mətbuat Xidmətindən Modern.az-a daxil olan məlumatda deyilir:

 

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan isə bildirilib ki, hadisə dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verib.


Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

 

***

12:40

 

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

 

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?