Modern.az

Yüşşenko Yanukoviçi təbrik edib

Yüşşenko Yanukoviçi təbrik edib

Dünya

20 Fevral 2010, 19:08

Ukrayna dövlət başçısı Viktor Yuşşenko prezident seçilməsi münasibətilə Regionlav Partiyasının lideri Viktor Yanukoviçi təbrik etdi. Modern.az-ın Ukraynanın “Unian” agentliyinə istinadən xəbər verir ki, Yuşşenko Yanukoviçin dövlət başçısı postuna legitimliyini tanıyıb. Yüşşenko əmin olduğunu  bildirib ki, yeni seçilmiş prezident kimi Yanukoviç dövlət başçısı postunda başlıca missiyanın - əsasən də Ukraynanın birləşdirilməsi  üçün  bütün səylərini səfərbər edəcək. O, qeyd edib ki, indi  “Qərb və Şərq birlikdə” tezisinin reallaşdırılması üçün əlverişli şərait yetişib. Yuşşenko dövlət başçısı postunda Yanukoviçə ölkənin maraqlarını  və demokratik ənənələri qorumaq arzusunu çatdırıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir