Modern.az

Dövlət İmtahan Mərkəzi qəbula hazırlaşan abituriyentləri ÇAŞDIRIB

Dövlət İmtahan Mərkəzi qəbula hazırlaşan abituriyentləri ÇAŞDIRIB

Təhsil

18 Dekabr 2021, 09:18

Dövlət İmtahan Mərkəzi bir neçə gün öncə tarix fənni üzrə imtahan suallarına dəyişiklik ediləcəyi barədə məlumat verib. Bu məlumat abituriyentlər arasında çaşqınlıq yaradıb.


Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, burada elə bir ciddi dəyişiklik yoxdur:


“Xatırlayırsınızsa, bu il “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalə çap olunmuşdu və tarix fənni üzrə imtahanda bu məqalə əsasında hazırlanan suallardan istifadə olunmuşdu. İndi isə məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş ən mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. Yenilənmiş məqalə gələn həftə DİM-in saytında yerləşdiriləcək, daha sonra “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Mövzunun vacibliyi nəzərə alınaraq, bu il olduğu kimi, 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında da bu materialdan tarix fənni üzrə tapşırıqlar tərtib ediləcək”.


Təhsil eksperti Kamran Əsədov məsələni şərh edərkən deyib ki, bu qərar bütün sualların dəyişəcəyi anlamına gəlmir:


“Qəbul imtahanlarda mütəmadi olaraq dəyişikliklərin edilməsi xoş qəbul edilmir. Çünki vahid xəttin pozulması, tədris ilinin bir qisminin keçməsi abituriyentlərin və müəllimlərin bir istiqamətdə dərs keçməsində imtahan dəyişikliyi maneə yaradır. Bu gün ölkədə keçirilən təhsil sistemində imtahan nəticələri orta ümumtəhsil məktəblərində keçirildən dərsdən asılı deyil.

DİM-in tarix fənninin imtahan suallarında etdiyi dəyişiklik birbaşa Vətən Müharibəsi ilə bağlıdır. Biz bilirik ki, 9-cu və 11-ci sinif tarix kitablarında müasir dövrün bütün hadisələri öz əksini tapıb. Amma dərsliklər 5 ildən bir dəyişildiyi üçün hazırda orta məktəblərdə istifadə edilən dərsliklərdə bu informasiyalar yoxdur. Bu səbəbdən DİM Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdiyini mütləq şəkildə şagirdlərə çatdırmalıdır. Bunu “Abituriyent” jurnalında əks etdirəcək”.


Təhsil eksperti vurğulayıb ki, əsas problem yeniliklərin çap olunacağı “Abituriyent” jurnalının sayının imtahan verəcək şagirdlərin sayından çox az olmasıdır:

“Burada əsas problem odur ki, çap edilən “Abituriyent” jurnalının sayı imtahan verəcək abituriyentlərin sayına uyğun deyil. Düzdür, kopyalayıb çoxalda bilərlər. Amma təhsilin əlçatanlılığını təmin edilməsi məqsədi ilə DİM “Abituriyent” jurnalını imtahan verəcək şagirdlərə pulsuz təqdim etməlidir.

Hesab edirəm ki, DİM həmin jurnalı və yenilikləri tətbiq edəcək məqalələri ölkənin bütün ümumtəhsil məktəblərinə pulsuz şəkildə təqdim etməlidir. Çünki il ərzində kifayət qədər imtahanlardan vəsait əldə edir. Düşünürəm ki, DİM bu barədə ədalətli yanaşacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok