Modern.az

Maaşları artan təhsil işçiləri: bağça tərbiyəçiləri, müəllimlər, psixoloqlar, kitabxanaçılar, texniklər - SİYAHI

Maaşları artan təhsil işçiləri: bağça tərbiyəçiləri, müəllimlər, psixoloqlar, kitabxanaçılar, texniklər - SİYAHI

Təhsil

18 Dekabr 2021, 11:09

Prezident İlham Əliyevin dünən imzaladığı yeni iki sərəncamla təhsil işçilərinin əməkhaqları artırılıb.

Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.

Həmçinin, 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

Modern.az xəbər verir ki, Təhsil Nazirlyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun bildirdiyinə görə, 255 min təhsil işçisinin maaş artımına təxminən 330-350 milyon manat sərf olunacaq.

O, maaşı artacaq təhsil işçilərini aşağıdakı kimi qruplaşdırıb:

“Orta təhsil müəssisələrində çalışan- 6 min 800 nəfər;

Peşə təhsilində çalışan - 5 min nəfər;

Mərkəzləşdirilmiş mühasibat sistemində çalışan -1134 nəfər;

Ərazi maliyyə hesablaşmalar mərkəzində çalışan-154 nəfər;

Məktəbdənkənar təhsil sistemində çalışan - 8 min 700 nəfər;

Metodkabinetlərdə çalışan- 800 nəfər;

Təsərrüfat qruplarında çalışan- 325 nəfər;

Toplam olaraq 255 min nəfərin maaşı orta hesabla 20 faiz artacaq”.

C.Valehov məktəblərdəki uşaq birliyi rəhbərləri və psixoloqların da maaşının 20 faiz artacağnı qeyd edib:


“Bundan başaqa, xüsusi təhsil müəssilərində artım daha çox olacaq - 1400 müəllimin maaşı 50 faiz artacaq.
Məktəblərdəki texniki işçilərin, kitabxanaçıların da maaşı avtomatik olaraq artacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!