Modern.az

Hərbi çevrilişə çağıran məhəllənin adı dəyişdirilir

Hərbi çevrilişə çağıran məhəllənin adı dəyişdirilir

Dünya

22 Fevral 2010, 11:31

Son zamanlar Türkiyədə qızğın müzakirələrə səbəb olan hərbi çevriliş iddiaları istiqamətində daha bir addım atılıb. Türk mediasına istinadən Modern.az xəbər verir ki, Mardin bölgəsindəki Kenan Evren məhəlləsinin adı ilə bağlı “sakinləri hərbi çevrilişə çağırdığı üçün” referendum keçirilib. 162 səs çoxluğu ilə başa çatan referendumda məhəlləyə veriləcək yeni adla bağlı 3 versiya səslənib. 162 iştirakçıdan 101 nəfəri məhəllənin adının “Kotek” (ucu toppuzlu dəyənək), 60 nəfər “Mesopatomiya”, 1 nəfər isə “Karşıyaka” olmasına səs verib.

 

Mardin bələdiyyə sədrinin köməkçisi Murtaza Varlık sakinlərin tələbi ilə keçirilən referendumun demokratik keçdiyini bildirib. Məhəllə sakinlərinin qərarına hörmətlə yanaşılacağını deyən Varlık yaxın zamanda qərarın rəsmən açıqlanacağını bəyan edib.

 

Tural

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır